Özlərini Azərbaycan vətəndaşları kimi tanıtdılar, 7 lirəlik sarı alışqanı “külçə qızıl” adına 11 minə satdılar - VİDEO

15-07-2021, 11:58           
Özlərini Azərbaycan vətəndaşları kimi tanıtdılar, 7 lirəlik sarı alışqanı “külçə qızıl” adına 11 minə satdılar - VİDEO


Özlərini Azərbaycan vətəndaşları kimi tanıtdılar, 7 lirəlik sarı alışqanı “külçə qızıl” adına 11 minə satdılar - VİDEO
Tarix: Bu gün, 11:48 | Çap et
Özlərini Azərbaycan vətəndaşları kimi tanıtdılar, 7 lirəlik sarı alışqanı “külçə qızıl” adına 11 minə satdılar
İstanbulda özlərini Azərbaycan vətəndaşı kimi təqdim edən iki fırıldaqçı 7 TL dəyəri olan sarı qızılı rəngli alışqanı külçə qızıl adına 11 min TL-yə satdıqları üçün yaxalanıb. Virtualaz.org xəbər verir ki, bu əhvalat haqda Türkiyə KİV-ləri yazır. Əhvalat ötən həftə Bayrampaşa Muratpaşa məhəlləsində baş verib.

Fırıldaqçılar özlərini Azərbaycan vətəndaşları kimi təqdim edərək kimliyi açıqlanmayan sakinə yaxınlaşıblar. Əllərindəki sarı qızılı rəngli alışqanları göstərərək onun külçə qızıl olduğunu deyiblər və 11 min TL-yə ona satıblar. Həmin sakin xeyli qabağa düşdüyünü zənn edərək tələm-tələsik zərgər dükanına yollanıb və ucuz qiymətə aldığı qızılları pula çevirmək istəyib. Lakin zərgər onları görən kimi qızıl yox, adi alışqan olduğunu bildirib.

Bərk məyus olan İstanbul sakini bu dəfə tələm-tələsik polis məntəqəsinə yollanıb və başına gələnlər barədə şikayət edib. Polis şikayət əsasında araşdırma başladıb və ətrafdakı təhlükəsizlik kameralarının qeydə aldığı görüntüləri diqqətlə izləyib. Əvvəlcə fırıldaqçıların istifadə etdiyi avtomobilin nömrəsi müəyyən olunub, həmin sakinə alışqanları “külçə altın” adına 11 min TL-yə satanların S.A. və M.S.Ç. adlı (hansı ölkənin vətəndaşı olduqları dəqiqləşdirilmir,-red.) 2 nəfər olduğunu təsbit edib.

Həmin şəxslərin izinə düşən polis ötən gün iyulun 14-də Gaziosmanpaşa və Sultanqazi rayonlarında keçirilən əməliyyatla saxlanılıb. Onların istifadə etdiyi avtomobildə daha 28 ədəd “külçə qızıl” görkəmində alışqan, 1 ov tüfəngi və ona aid 8 patron, 1600 TL pul aşkarlanıb.

Saxlanılanlar polisə aparılıb, ifadələri alınıb və məhkəməyə çıxarılıb. Məhkəmə onları polis nəzarətinə verilməsi şərti ilə sərbəst buraxıb.

Türkiyədə həmin bu cür sarı alışqanların külçə qızıl adına satılması fırıldağı geniş yayılıb və fırıldaqçılar dəfələrlə sadəlövh insanları bu yolla aldadıblar. Həmin əhvalatlardan biri haqda aşağıdakı videoda:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.