Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı daha bir açıqlama

16-07-2021, 21:42           
Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı daha bir açıqlama
“Daha çox regional əməkdaşlığa ehtiyacımız var. Əfqanıstan, Azərbaycan, Gürcüstan, İran, Pakistan və Türkiyəni birləşdirən üçtərəfli mexanizmləri təşviq edərək, öhdəmizə düşəni etməyə çalışırıq”.


Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, Türk Şurası da ümidverici bir regional əməkdaşlıq modeli olaraq ortaya çıxıb.

“İkinci Qarabağ Müharibəsindən sonra Zəngəzur dəhlizi üzərindən əlaqə üçün yeni fürsətlər ortaya çıxıb. Bu, Qafqazdakı normallaşma üçün də həyati əhəmiyyət daşıyır”, - Çavuşoğlu vurğulayıb.

Türkiyə xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Orta Asiya keçmişdə böyük güclərin rəqabət sahəsi olub:

“Bunun təkrarlanmasına icazə verilməməlidir. Bölgənin bir-birinə bağlı bir iqtisadi sistemə ehtiyacı var. Bunun tək yolu inkişaf etmiş kommunikasiya ilə regional əməkdaşlığı təşviq etməkdir”.(Qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru