Türkiyədə toy karvanı qəza törətdi, ölən və yaralananlar var 17-07-2021, 07:33 Türkiyədə toy karvanı qəza törədib."Report" xəbər verir ki, hadisə Türkiyənin Aksaray əyalətində qeydə alınıb.Belə ki, toy karvanı ilə Avropada məskunlaşmış türk qürbətçilərin olduğu avtomobil toqquşub.Qəza nəticəsində 2 nəfər ölüb, 6 nəfər ağır yaralanıb.Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım əməkdaşları cəlb olunub, yaralılar Aksaray Şəhər Xəstəxanasına yerləşdirilib. Facebook-da paylaş