Türkiyədə son sutkada COVID-19-dan 66 nəfər ölüb 19-07-2021, 07:39 Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 66 nəfər dünyasını dəyişib."Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.Bildirilib ki, ölkədə koronavirus infeksiyası ilə əlaqədar 233 946 nəfər test edilib, 7 680 yeni yoluxma halı qeydə alınıb.Qeyd edilib ki, ötən gün koronavirusdan 5 835 nəfər sağalıb. Facebook-da paylaş