Qazaxıstan Rusiyaya qarşı savaşa HAZIRLAŞIR - Səfərbərlik ELAN OLUNDU

20-07-2021, 20:04           
Qazaxıstan Rusiyaya qarşı savaşa HAZIRLAŞIR -
Qazaxıstan, Ukrayna taleyini yaşamamaq üçün Rusiya təcavüzünə qarşı hazırlaşır.

Cəbhə.info xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Bildirilib ki, Qazaxıstan Təhlükəsizlik Şurası Kremlin Ukraynaya qarşı təcavüzünün təcrübəsinə əsaslanaraq Rusiyaya qarşı qanun layihəsi hazırlayıb.

Hazırlanmış qanunun təsdiq olunması parlamentə təqdim edilib. Layihəyə görə, Qazaxıstan Rusiya ilə müharibəyə intensiv şəkildə hazırlaşır.

Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib ki, hazırlanan qanun layihəsinə görə, ehtiyatda olan hərbi qulluqçular müqavilə əsasında yenidən orduya cəlb olunacaq. Sənədə görə, bu, hərbi vəziyyət və fövqəladə vəziyyət tətbiq edilmədən zəruri hallarda daimi döyüş hazırlığı hissələrinin vaxt itirmədən yerləşdirilməsinə imkan verəcək.

Qanun layihəsində belə hazırlıqlarının səbəbi Rusiyanın Krım və Donbası işğal etməsi ilə əlaqələndirilib.

Ukraynalı siyasi bloger Miroslav Qay öz “Facebook” hesabında vəziyyəti belə şərh edib:

"Əslində, Qazaxıstan, Rusiya Federasiyasının təcavüzünü dəf etməyə hazırlaşdığını və Ukraynanın səhvlərini təkrarlamağa hazır olmadığını etiraf edib. Qazaxlar müharibənin başlanması üçün hazırlanmış ehtiyata sahib olmaq istəyirlər".

Qeyd edək ki, son vaxtlar Rusiyanın yüksək çinli məmurları Qazaxıstana ərazi iddialarını açıq şəkildə bəyan edirlər. Qazaxıstan torpaqlarının ələ keçirilməsinin qatı tərəfdarlarından biri LDPR partiyasının lideri, Rusiya Dövlət Dumasının uzunmüddətli deputatı Vladimir Jirinovskidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru