Türkiyə və ABŞ kəşfiyyatları birgə işləməyə başladılar

8-03-2016, 00:43           
Türkiyə və ABŞ kəşfiyyatları birgə işləməyə başladılar
Amerikanın “The Washington Post” qəzeti Türkiyə ilə ABŞ kəşfiyyat strukturlarının sıx münasibətlərindən yazıb.
Yazıda bildirilir ki, Mərkəzi Kəşfiyyat İdarəsi ilə Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriya sərhəddində ortaq mərkəz yaradıblar.
Məhz bu Mərkəzin sayəsində son aylar Türkiyədən İŞİD-ə qoşulmaq üçün sərhədi keçənlərin sayı 30% azalıb.
Bundan başqa, Amerika tərəfi Türkiyədəki İncirlik bazasından havaya buraxdığı pilotsuz təyyarələr vasitəsilə Suriya ərazisində önəmli kəşfiyyat məlumatları toplayır.
O da vurğulanır ki, Türkiyə ABŞ-ın başçlıq etdiyi koalisiyanın Suriyada quru əməliyyatlarlına başlamasında da israrlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru