Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanını qızı Sümeyyə Ərdoğanın bu axşam keçiriləcək nişan mərasimi təxirə salınıb.
Milli.Az Habertürk-ə istinadən bildirir ki, səbəb Sümeyyənin gələcək həyat yoldaşı Selcuq Bayraktarın atası Özdemir Bayraktarın kəskin ürəktutma diaqnozu ilə xəstəxanaya aparılmasıdır.
Bu axşam "Tarabya Huber Köşkü"ndə keçirilməsi nəzərdə tutulan nişan mərasiminə yollanan Rəcəb Tayyib Ərdoğan və ailəsi Kısıklıdakı evlərindən Tarabyaya tərəfə hərəkət edəndə Ö.Bayraktarın Halkalıdakı "Mehmet Akif Ersoy Göğüs Kalp Damar Cerrahisi Eğitim Araştırma Hastanesi"nə aparıldığı barədə xəbər alınıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qudasının yanına yollanıb.
Özdemir Bayraktarın aorta damarında yırtıq aşkarlanıb və o, əməliyyat olunub.