Türkiyəli məşhurlardan terrora sərt reaksiya: "Terror üzərindən siyasət edənə lənət olsun"

14-03-2016, 00:19           
Türkiyəli məşhurlardan terrora sərt reaksiya: "Terror üzərindən siyasət edənə lənət olsun"
"Türkiyənin paytaxtı Ankara şəhərində terror hadisəsi baş verib. Kızılay Meydanında, Güvənparkda, Atatürk bulvarında, metronun çıxışında partlayış olub.

Musavat.com xəbər verir ki, Türkiyənin tanınmış simaları 5 nəfərin dünyasını dəyişdiyi deyilən partlayışa biganə qalmayıb. Onlar sosial şəbəkədə terrora sərt reaksiya göstəriblər.

Teleaparıcı Burcu Esmersoy: "Artıq yetər, teror olmasın".

Müğənni Hadisə: "Gözəl ölkəm, səni yenə qana boyadılar. Ankara üçün dua edək".

Aktrisa Nurgül Yeşilçay: "Yenə, yenidən keçmiş olsun".

Müğənni Petek Dinçöz: "Terroru lənətləyirik. Artıq yetər".

Müğənni Fərhat Göçer: "Terroru törədənə, dəstəkləyənə, terror üzərindən siyasət aparana lənət olsun. Bu necə vəhşilik, bu necə canilikdir. Yenə acı, yenə qan, yenə göz yaşı. Allahım bu kabus bitsin".

Müğənni Demet Akalın: " "Biz yaxşıyıq, bizə heç nə olmadı, narahat olmayın" deməyə insan utanır. Çox üzgünüz, Ankara".

Teleaparıcı Ece Erken: "Söylənəcək söz qalmadı. Həlak olan vətəndaşlarımıza rəhmət, yaxınlarına səbr, yaralılara Allahdan şəfa diləyirəm. Başımız sağ olsun".



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru