Türkiyədə casusluqda şübhəli bilinən ruslar HƏBS EDİLDİ

21-10-2021, 09:55           
Türkiyədə casusluqda şübhəli bilinən ruslar HƏBS EDİLDİ
Türkiyədə dörd Rusiya, bir Ukrayna və bir Özbəkistan vətəndaşı həbs edilib.

Publika.az xəbər veirr ki, bu barədə "Hurriyet" qəzeti məlumat yayıb.

Bildirilib ki, onlar hərbi və siyasi casusluq, habelə çeçen müxalifətçilərinə hücum hazırlamaq ittihamı ilə həbs ediliblər.

Qəzet həbs olunanların adlarını da açıqlayıb:

Rusiya vətəndaşları: Abdulla Abdullayev, Ravşan Əhmədov, Beslan Rasaev və Aslanbek Abdulmuslimov,

Ukrayna vətəndaşı: İqor Efrim

Özbəkistan vətəndaşı: Əmir Yusupov

Qeyd edilib ki, ittiham aktına əsasən, onları 15 ildən 20 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, oktyabrın 9-da "CNN Türk" telekanalı casusluqda şübhəli bilinən 6 xarici vətəndaşın Türkiyədə saxlanılması ilə bağlı məlumat yayıb. Telekanalın məlumatına görə, əməliyyat zamanı saxlanılanların üzərində silah və Rusiya pasportu aşkarlanıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rusların Türkiyədə saxlanılması ilə bağlı heç bir məlumatı olmadığını söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.