Suriyada 45 qəbilə qərar qəbul etdi - PYD-ni məhv etmək üçün ərəb ordusu qurulur

18-03-2016, 13:37           
Suriyada 45 qəbilə qərar qəbul etdi - PYD-ni məhv etmək üçün ərəb ordusu qurulur
Türkiyənin Şanlıurfa vilayətində toplaşan 45 qəbilə başçısı Suriyada PYD-yə qarşı “Ceyşu Əşair əş-Şərqiyyə” adı altında ordu qurulmaq haqda qərar qəbul edib.

Avropa.info xəbər verir ki, Suriyanın böyük ərəb qəbilələri PKK terror təşkilatının Suriya qolu olan PYD-nin muxtariyyət elan etməsinə sərt reaksiya verib.

Şanlıurfa vilayətində toplaşan qəbilə başçıları PYD ilə mübarizə aparmaq üçün ərəb ordusu qurmaq haqda qərar qəbul edib.

Dünən Hələb, Deir əz-Zor, Raqqa və Hasəkədə məskunlaşan böyük qəbilələrin başçıları və Azad Suriya Ordusunun (OSO) Baş qərargah rəisi general Əhməd Bərrinin də iştiraki ilə bir yerə toplaşıb.

Şanlıurfada baş tutan və 45 qəbilə başçısının iştirak etdiyi görüşdə PYD-yə qarşı mühüm addımlar atılıb.

İclasdan sonra dərc olunan açıqlamada “Şimali Suriya Federasiyasının” Suriya xalqına xəyanət olduğu və qərarın qətiyyən tanınmayacağı bildirilir.

Suriyanın şimalını tamamilə ələ keçirməyı planlaşdıran PYD terrorçularına qarşı təcili olaraq “Ceyşu Əşair əş-Şərqiyyə” (Şərq Qəbilələri Ordusu) adı altında ordusu qurulacaq. Qəbilə başçıları bu ordunun terror təşkilatı PYD məhv edilənə qədər saxlanılacağı haqda da qərar qəbul ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.