Ərdoğan göz yaşlarını saxlaya bilmədi - FOTO/VİDEO

18-03-2016, 20:50           
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - FOTO/VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 18 Mart şəhidlərin anım günü və Çanaqqala zəfərinin 101 illiyi münasibəti ilə keçirilən tədbirə qatılıb. ANS PRESS-in məlumatına görə, mərasimdə bir qız şagirdin oxuduğu şeir prezidenti duyğulandırıb. Qız Arif Nihat Asyanın "Dua" şeirini səsləndirib. Ərdoğan şeiri eşitdikdən sonra göz yaşlarını saxlaya bilməyib.

ANS PRESS prezidentin ağlamasına səbəb olan şeirin bir hissəsini təqdim edir:

Biz,kısık sesleriz...minareleri,
Sen,ezansız bırakma Allahım!
Ya çağır şurda bal yapanlarını,
Ya kovansız bırakma Allahım!
Mahyasızdır minareler...göğü de,
Kehkeşansız bırakma Allahım!
Müslümanlıkla yoğrulan yurdu,
Müslümansız bırakma Allahım!
Bize güç ver...cihad meydanını,
Pehlivansız bırakma Allahım!
Kahraman bekleyen yığınlarını,
Kahramansız bırakma Allah'ım!

Türkiyə prezidenti mərasimdə çıxış da edib. O, Brüsseldə PKK terror təşkilatının çadır qurmasına imkan verənləri qınayıb."Terror mövzusunda Avropadan bir az anlayış gözləyirik. Avropa İttifaqı (Aİ) və digər beynəlxalq təşkilatların tənqidləri ədalətlidirsə, ona qulaq asarıq, əks halda bizdən inciməsinlər".

Onun sözlərinə görə, bu gün Belçikada Aİ-Türkiyə zirvə toplantısı keçirilir. Buna baxmayaraq bir qrup PKK tərəfdarına binanın qarşısında "bayraq" açaraq çadır qurmağa icazə verilib.

Ankarada partlayan bombanın Avropanın hər hansı şəhərində partlamaması üçün bir səbəb yoxdur. Bu gerçəyə baxmayaraq Avropa ölkələrinin laqeyd hərəkətləri mina döşənmiş ərazidə rəqsə bənzəyir. Nə zaman minaya basacaqları bilinmir. Amma bunun qaaçılmaz olduğu açıq-aşkardır".

O deyib ki, Allahın izni ilə ilə heç kim Türkiyəyə yeni dastan yazmağa mane ola bilməz. "Bazar günü Ankarada bombalı hücum baş verdi. Bir kamikadze məsum insanların arasında özünü partlatdı. Terror təkilatlarının maşa olaraq istifadə etdikləri, mərhum Çingiz Aytmatovdan ilham alaraq "manqurt" adlandırdığım bu varlıqların xainlikləri qarşısında əsəbləri cilovlamaq mümkün deyil. Biz millət olaraq qarşımıza çıxan kim olursa olsun, nə qədər güclü olursa olsun, yıxılmadan, qorxmadan mübarizədən qaçmarıq. Amma terror adlanan və qarşımıza ən alçaq, ən hiyləgər, ən əxlaqsız müsibət işimizi gerçəkdən çox çətinləşdirir.

İstanbulu fəda edə bilərdikmi? Onun üçün də keçilməz deyilən yer Çanaqqala idi. Çanaqqalanı heç kim keçə bilmədi. İstanbulun üstündə çoxlarının gözü var idi. Amma hamısının həvəsi qursağında qaldı. Bu gün də istər daxildə, istərsə də xaricdə millətimizə təzyiqlər etmək üçün hər cür oyun quranları da heç şübhəsiuz ki, eyni aqibət gözləyir".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.