Əhməd Davudoğlu:"Avropa İttifaqı 2018-ci ilin sonunadək Türkiyəyə 6 milyard avro ayıracaq"

19-03-2016, 10:05           

Avropa İttifaqı 2018-ci ilin sonunadək qaçqın böhranı ilə əlaqədar Türkiyəyə 6 milyard avro ayıracaq.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsseldə bəyan edib.

“İlk 3 milyarddan biz yaxın günlərdə istifadə etməyə başlayacağıq. Əlavə 3 milyard 2018-ci ilin sonunadək ayrılacaq”, – deyə Ə.Davudoğlu bildirib.

Aİ-Türkiyə sazişində qeyd olunub ki, qaçqınların tibb, təhsil, infrastruktur, qida və s. ehtiyacları üçün nəzərdə tutulan layihələrin siyahısı bir həftə ərzində tərtib olunacaq. Sənəddə vurğulanır ki, ikinci maliyyə tranşı birinci 3 milyard sərf edildikdən sonra ayrılacaq: “İlk 3 milyardlıq yardım paketi sərf edildikdən, bütün öhdəliklər yerinə yetirildikdən sonra, Avropa İttifaqı 2018-ci ilin sonunadək Türkiyə hökumətinə əlavə 3 milyard dollar ayıracaq”.

Qeyd edək ki, martın 18-də Brüsseldə Avropa İttifaqı-Türkiyə sammiti keçirilib. Sammitdə miqrasiya böhranının nizamlanmasına dair birgə yekun planı yekdilliklə təsdiqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru