İstanbulda baş vermiş terror aktının hansı terror təşkilatı tərəfindən həyata keçrildiyi məlum oldu

19-03-2016, 20:25           
İstanbulda baş vermiş terror aktının hansı terror təşkilatı tərəfindən həyata keçrildiyi məlum oldu
Istanbulun Istiqlal küçəsində baş vermiş terror aktının kim tərəfindən həyata keçrilməsi məlum olub.

Bu haqda Avropa.info-ya Türkiyədə hökumətə yaxınlığı ilə tanınan məşhur jurnalistlərdən biri məlumat verib.

Onun dediyinə görə, İstanbulda 5 nəfərin ölməsi, 37 nəfərin isə yaralanması ilə nəticələnən terror aktını PKK-nın Suriya qolu PYD törədib.

"Bu haqda artıq Türkiyə hüquq mühafizə orqanlarının əlində kifayət qədər dəlillər var. Bu haqda hökumətə də məlumat verilib. Yaxın vaxtlarda hökumət tərəfindən bununla bağlı rəsmi açıqlama veriləcək" jurnalist bildirib.

Qeyd edək ki, bu gün İstanbulun İstiqlal küçəsində terror aktı baş verib. Canlı bombanın özünü partlatması nəticəsində 5 nəfər ölüb, 37 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru