Türkiyənin baş nazirinin müavini: “Biz terrorçuluqla mübarizəni davam etdirəcəyik”

19-03-2016, 22:25           
Türkiyənin baş nazirinin müavini: “Biz terrorçuluqla mübarizəni davam etdirəcəyik”
Türkiyə terrorçuluqla qətiyyətli mübarizəni davam etdirəcək. APA-nın məlumatına görə, bunu Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş İstanbulda törədilən terror aktından sonra bildirib.

“Biz terrorçuluqla qətiyyətli mübarizəni davam etdirəcəyik, geriyə bir addım belə atmayacağıq. Xalqımız Allah qarşısında imtahandan keçir. Biz terror təşkilatının qabağında başımızı əyməyəcəyik. Bu bizim ümumi məsuliyyətimizdir. Bu ağır günlərdə biz hamımız Türkiyə ilə birgə olmalıyıq”, - deyə Kurtulmuş qeyd edib.

İstanbulda baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 36 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.