Rusiya PKK-ya dəstək verir: Türkiyədə çoxlu bomba partlayacaq

19-03-2016, 23:58           

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti Mike Stillt “Rusiya PKK-lılara təlim keçir, silah, pul və bomba verir. Yaxında Türkiyədə çox sayda bomba partlayacaq”, - deyərək xəbərdarlıq edib. O, Rusiyanı Ukraynada terrorçuları silahlandırmaqda da ittiham edib.

MKİ agentinin parlaq açıqlamaları belədir: “Rusiya prezidenti Vladimir Putinin PKK və PYD-yio dəstəkləməsinin səbəbi Türkiyənin öz hava məkanını pozan Rusiya təyyarəsini vurması olub. Rusiya separatçı qruplara silah dəstəyi təmin etməklə eyni şeyi Ukraynada da həyata keçirib. Kürdlər üçün də eyni vəziyyət təkrarlanır”.

Onun fikrincə, PYD və PKK-ya silah, pul verib təlim keçməklə Türkiyəyə qarşı bir savaş açırlar: “Rusiyanın bugünkü hərbi niyyəti daxili qarışıqlıqları dəstəkləyərək düşmənini ağır vəziyyətə salmaqdır. Hazırda əlimdəki Türkiyə ilə bağlı məlumatlara görə növbəti prosesdə çoxlu sayda terror hücumuna məruz qalacaqsınız. Kəşfiyyat hesabatlarına görə, Türkiyədəki bu hücumlar Rusiya tərəfindən dəstəklənir. Əminəm ki, yaxın gələcəkdə çox Rusiya müşavirini PKK düşərgələrində və qərargahlarında görəcəksiniz. Bu, həqiqətən, heç də təəccüblü olmaz, çünki onların taktikası bu şəkildədir. Bu taktikanın eynisini Gürcüstanda, Ukraynada gördük”.

MKİ agentinin fikrincə, kürdlər yaşadıqları bölgələrdə mülki itaətsizlik etmək üçün əllərindən gələn hər cür təcavüzü edəcəklər. (modern.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.