Nazarbayev ölkə konstitusiyasını dəyişir – Səbəb

20-03-2016, 14:02           
Nazarbayev ölkə konstitusiyasını dəyişir – Səbəb
Qazaxıstan konstitusiyasında dəyişikliklər edilə bilər.

Axar.az xəbər verir ki, bunu Prezident Nursultan Nazarbayev parlament seçkilərində səs verərkən deyib.

Prezidentin sözlərinə görə, hakimiyyət qolları arasında konstitusiyada nəzərdə tutulan bölgüyə uyğun səlahiyyətlərin həyata keçirilməsi məsələsinə yenidən baxıla bilər:

"Hakimiyyətin prezident, parlament və hökumət arasında bölgüsü istiqamətində konstitusiyaya dəyişiklikləri istisna etmirəm. Bu istiqamətdə müəyyən fikirlərimiz var”.

Nazarbayevin sözlərinə görə, dəyişikliklərlə bağlı qərar verilərkən dünyada və Qazaxıstanda baş verən proseslər nəzərə alınacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru