Türkiyə DİN-i də təsdiqlədi: "İstanbulda terror aktını İŞİD törədib"

20-03-2016, 21:24           
Türkiyə DİN-i də təsdiqlədi: "İstanbulda terror aktını İŞİD törədib"
Türkiyənin daxili işlər naziri Efkan Ala bildirib ki, dünən səhər İstanbulda törədilən partlayışın təşkilatçısı - terrorçu İŞİD qruplaşmasıdır.

Türkiyənin "Milliyet" qəzeti nazirin sözlərinə istinadən bird aha xatırladır ki, terrorçu-kamikadze - 1992 təvəllüdlü Qazıantep şəhərinin sakini Mehmet Öztürktür.

"Əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, Mehmet Öztürk bilavasitə İŞİD qruplaşması tərəfindən yönləndirilib", - deyə Efkan Ala qeyd edib.

Martın 19-da İstanbulun İstiqlal prospektində terror aktı törədən "canlı bomba"nın Mehmet Öztürk olduğu təsdiqlənib.

APA-nın verdiyi məlumata görə, bu, bu gün tamamlanan DNA testi zamanı təsdiqini tapıb.

Qeyd edək ki, Türkiyədə polis və kəşfiyyatı İstanbulda terror aktı törədən canlı bombanın ölkədə axtarışda olan 4 İŞİD terrorçusundan biri olan Savaş Yıldız, yaxud bölgədə kameralarda görüntüsü olan 24 yaşlı Mehmet Öztürk olması ilə bağlı iki ehtimalını araşdırırdı. Mehmet Öztürk də Türkiyəd İŞİD-çi kimi axtarışda olub.

Xatırladaq ki, İstanbulda törədilən terror nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru