Cübbeli xocadan "Novruz" fətvası

21-03-2016, 13:19           

Türkiyənin tanınmış ilahiyyatçılarından Cübbeli Əhməd xoca "Novruz" bayramı haqqında danışıb.

Ölkə.az xəbər verir ki, hər il Türkiyədə kürdlərlə polis arasında qarşıdurmalara səbəb olan "Novruz" bayramı ölkədə əsas müzakirə mövzularından biridir.

"Novruz" bayramı haqqında Cübbeli xocanın dedikləri isə Türkiyə gündəminə bomba kimi düşüb.

"Peyğəmbərimiz Nevruz ve Mihrican bayramlarını qadağan etdiyinə görə, bizdə də bu bayram rəsmən qadağan olunmalıdır. Dövlət orqanlarından rica edirəm, Novruz bayramını ölkəmizdə birdəfəlik qadağan edin", deyə Cübbəli xoca bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru