Türkiyənin cənub-şərqində yerləşən Şırnakda bir evdə ələ keçirilən 2 ton partlayıcı təhlükəsizlik gücləri tərəfindən idarəli şəkildə məhv edilib.
Musavat.com Türkiyə mediasına istinadla bildirir ki, Şırnakda terror təşkilatı PKK üzvlərinin partlayıcı istehsalı üçün istifadə etdikləri bilinən bir evdə aparılan axtarış zamanı partlamağa hazır halda 25 balonla gücləndirilmiş 2 ton partlayıcı təsbit edilib və nəzarət altında partladılaraq zərərsizləşdirilib.
Qeyd olunur ki, güclü partlayış zamanı partlayıcıc yerləşdiyi ev və ona yaxn olan başqa tikililər zərər görüb.
Terrorçular daha çox insan tələfatına səbəb olsun deyə bombaları kabellərlə bir-birinə bağlayıb, metal parçaları və mismarlarla gücləndiriblərmiş.