PKK terrorçularını bit basdı

22-03-2016, 10:49           

Terrorçulara aid ünvandan aşkarlanan bit dərmanları

Türkiyədə təhlükəsizlik qüvvələri Diyarbəkir vilayəti Bağlar rayonunun Kaynartepe məhəlləsində PKK terrorçularına qarşı əməliyyat keçirib. ANS PRESS-in məlumatına görə, əməliyyat zamanı silahla yanaşı bəzi dərmanlar da ələ keçirilib.

Bağlar rayonunda 5 gün əvvəl terrorçular avtomobil yolunu kəsmiş və yoldan keçən bəzi maşınları yandırmışdı. Bundan sonra terrorçularla polis arasında atışma baş vermiş, insident zamanı 1 polis ölmüş, 10 polis xəsarət almışdı. Həmçinin 3 terrorçu məhv edilmiş və Kaynartepe məhəlləsində komendant saatı tətbiq olunmağa başlamışdı.

Daha sonra başladılan əməliyyatlar çərçivəsində bəzi evlərdə aparılan axtarışlarda silah və bəzi əşyalar aşkarlanıb. Axtarış zamanı 1 snayper silahı, 1 “Kalaşnikov” avtomatı, bu silahlara aid sursat, geyim əşyaları, idman ayaqqabısı və dərmanlar ələ keçirilib.

Ələ keçirilən əşyalar arasında çox sayda bit dərmanının olması diqqəti cəlb edib.

Bundan əvvəl isə keçirilən əməliyyatla Bağlar rayonunda PKK terror qruplaşmasına aid böyük bir cəbbəxana ələ keçirilmişdi.

Əməliyyat zamanı 10 ədəd qumbaraatan, 440 ədəd bu silaha aid sursat, 81 ədəd iriçaplı silah, 290 ədəd iriçaplı silaha aid maqazin, 120 min 70 ədəd iriçaplı silaha aid fişəng, 1 tapança, 2 maqazin, 90 ədəd əl qumbarası, 22 ədəd 20 litrlik bidonda kustar üsulla hazırlanmış bomba, 17 min 875 kq bomba hazırlamaq üçün istifadə olunan vasitələr, 5 ədəd mobil telefon, 2 ədəd kamera, 2 ədəd tüfəng durbini, 22 ədəd kamikadze jileti, 15 ədəd güllə qətəri, çox sayda səhiyyə və tikinti vasitələri, habelə bir miqdar narkotik aşkarlanaraq götürülmüşdü.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.