Ərdoğanın Brüssel terrorundan 4 gün əvvəl dedikləri: - “Qoynunuzda ilan bəsləyirsiniz”
22-03-2016, 17:41
Xəbər verdiyimiz kimi, bir neçə dəqiqə bundan önçə Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən hava limanında güclü partlayışlar baş verib. Hadisə zamanı ölənlərin sayının 17 nəfər olduğu bildirilib, çoxlu sayda yaralı var.
Hafta.az-ın məlumatına görə, partlayış baş verdikdən dərhal sonra son zamanlar terrora məruz qalan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın 18 mart Çanakqala zəfəri tədbirində dediyi sözlər yada düşüb. Belə ki, PKK terror təşkilatının üzvləri uzun müddət Belçikada rahat yaşayıb. Ölkənin əsas meydanlarında çadırlar quraraq Türkiyəyə etiraz edirlər. Belçika hökuməti isə hər zaman bu olaylara göz yumub. Ərdoğan 18 mart çıxışında qeyd edib ki, “Belçika öz qoynunda ilan bəsləməkdədir. Bu ilan gec ya da tez onları da vuracaq. Terrorçular Avropa Birliyinə daxil olan istənilən ölkənin şəhərində partlayış törədə bilər. Bu terror aktları sizin şəhərlərdə baş verəndə bizim nələr çəkdiyimizi anlayacaqsınız.”