Türkiyə təhlükəsiz zona yaratmağa çağırır

23-03-2016, 21:57           
Türkiyə təhlükəsiz zona yaratmağa çağırır
Türkiyənin baş naziri Ahmet Davutoglu bir daha Suriyada təhlükəsizlik zonası yaratmağa çağırıb.

O martın 23-də Ankarada deputatlar qarşısında çıxış edərkən deyib ki, Avropanın təhlükəsizliyi Türkiyədən başlayır və PKK ilə “İslam Dövləti” qrupu arasında heç bir fərq görmədiyimiz gün, Avropa daha təhlükəsiz bir yer olacaq.

Davutoglu deyib ki, Suriyanın şimalında təhlükəsizlik zonası yaradılmalıdır və Ankaranın bu cür çağırışlarına dəfələrlə göz yumulub.

O bildirib ki, bununla qaçqın axınını dayandırmaqvə məzlum Suriya xaqlqını müdafiə eləmək olardı.

Amma baş nazir deyib ki, Türkiyə Avropa Birliyi ilə birlikdə terrorçuluğa qarşı mübarizəni davam etdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru