Ərdoğandan sensasion bəyanat

23-03-2016, 22:41           
Ərdoğandan sensasion bəyanat
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sensasion bəyanatla çıxış edib. Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, bugünkü çıxışında Türkiyənin dövlət başçısı dünən Brüsseldə terror aktı törətmiş şəxsin bir müddət əvvəl Türkiyədə saxlanılaraq gəldiyi ölkəyə deportasiya olunduğunu, lakin Belçika hüquq mühafizə orqanları tərəfindən azadlığa buraxıldığını deyib.

Ərdoğan bundan əvvəl də Avropa ölkələrinin hakimiyyət dairələrini Türkiyənin deportasiya etdiyi şəxslərlə həddindən artıq yumşaq davrandıqlarına və terrorçulara qoşulmaq ittihamı ilə gəldikləri ölkələrə geri göndərilən potensial cinayətkarları heç nə olmamış kimi azadlığa buraxmalarına görə qinamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru