Etiraf etdi: “Kürd qruplara təlim verdik”

24-03-2016, 10:19           

Rusiya hərbi mütəxəssisləri Suriyadakı kürd qruplara hərbi təlim verib.

Publika.az xəbər verir ki, bunu Suriyada vəzifə yerinə yetirən rusiyalı general Aleksandr Dvornikov “Rossiyskaya Gazeta” ya açıqlamasında deyib.

“Hərbi mütəxəssislərimiz hökumət qüvvələri, kürd və digər qruplara təlim verilməsi prosesini müvəffəqiyyətlə tamamlayıb”, - general qeyd edib.

Dvornikov həmçinin Suriya ordusunun döyüş gücünün artırılması üçün Dəməşqə müasir silah və texniki vasitələrin verildiyini bildirib. O, bunların topçu sistemləri, xəbərləşmə və kəşfiyyat vasitələri olduğunu söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru