Elza Seyidcahan milyonçunun ünvanına nələr dedi?

24-03-2016, 20:36           
Elza Seyidcahan milyonçunun ünvanına nələr dedi?
Əməkdar artist Elza Seyidcahan türkiyəli iş adamı Əli Ağaoğlunun mətbuat konfransında Taksim meydanında baş vermiş terror haqqında dediyi sözlərə sərt münasibət bildirib.

Publika.az xəbər verir ki, müğənni bu barədə fikirlərini şəxsi instaqram bloqunda bölüşüb. Elza Seyidcahanın Əli Ağaoğlu haqqında yazdığı statusu olduğu kimi təqdim edirik:

"Bayramlarımızı qeyd etsək də, son günlər qardaş Türkiyədə baş verən terror hadisələrinə görə ürəyimiz qan ağlayır. Əli Ağaoğlu nəyə güldü, necə güldü və niyə güldü? Gülənlərə də ayıb olsun. Bu gülüşünə görə cavab verə biləcək? Ayıb olsun! Qərənfil ucuz deyil! Şəhidlər ucuzdurmu ki, onların qərənfilləri də ucuz olsun? Bəlkə heç sizin məzara qərənfil də tapılmayacaq. Yanınızda orutan 10 yaşlı oğlunuz Merd bu hərəkətinizdən nümunə götürüb sabah namərd olsa, günahı sizdədir. Ortancıl xanımınızın yerində olsaydım, sizdən dərhal boşanardım".

Qeyd edək ki, Ali Ağaoğlu mətbuat konfrasında bir neçə gün əvvəl terror baş verən Taksim meydanında olduğunu demişdi: "Ortancıl xanımımı, oğlumu da götürüb İstiklal küçəsinə getdim. Çoxdandır ora getmirdim. Həm də nostalji oldu. Hadisənin olduğu yerə getdim. Millət kasıbdır, ora qərənfil qoyurdu, mən isə gül qoydum".

Tanınmış milyonçunun "Millət kasıbdır, ora qərənfil qoyur, mən gül qoydum" deyərək gülməsi internetdə geniş müzakirələrə səbəb olub, istifadəçilərin çoxu iş adamının ünvanına sərt tənqidlər yazıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.