Avropa Birliyi ilə vizasız rejim üçünTürkiyə 35 şərti yerinə yetirməlidir

24-03-2016, 23:26           

Avropa Birliyi (AB) ilə vizasız rejim üçün Türkiyə 35 şərti yerinə yetirməlidir.

Bu barədə Kanal7 telekanalı xəbər verib. Bundan əvvəl Türkiyədən 72 şərtin yerinə yetirilməsi tələb olunurdu.

Telekanalın məlumatına görə, AB ilə viza rejiminin ləğv olunması üçün Türkiyə parlamenti bu il may ayının 4-ə kimi bəzi dəyişiklikləri qəbul etməlidir. Hansı ki, onlardan biri AB-nin standartlarına cavab verəcək yeni pasportların verilməsidir.

Telekanalın xəbərində qeyd edilir ki, viza rejiminin ləğv olunmasından sonra Türkiyə vətəndaşları 3 ay müddətində vizasız Almaniya, Avstriya, Belçika, Çexiya, Daniya, Estoniya, Finlandiya, Hollandiya, İtaliya, İspaniya, İsveç, İsveçrə, İslandiya, Litva, Latviya, Lüksemburq, Lixtenşteyn, Macarıstan, Malta, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya və Yunanıstanda qala biləcəklər(trend).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru