Türkiyədə 3 hərbçi şəhid olub, 22 nəfər yaralanıb - YENİLƏNİB

25-03-2016, 09:12           

Diyarbəkir-Bingöl magistral yolundakı jandarma postu qarşısında minalanmış avtomobil partladılıb, nəticədə 3 hərbçi həlak olub, daha 22 nəfər isə yaralanıb. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Bakı vaxtı ilə 23.00 radələrində törədilmiş partlayışdan sonra jandarma postu naməlum şəxslər tərəfindən avtomat silahlardan atəşə tutulub. Hərbçilər cavab atəşi açıblar.

Hücum çəkənlərin məhv edilməsi istiqamətində əməliyyat aparılır. Hücumun PKK terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru