"Məni şəhid anası etdin, qürurluyam. Harandan vurulmusan, oradan öpəcəyəm." Şəhid anası. Bunu deyən millət diz çökməz!!!!

25-03-2016, 20:32           
"Məni şəhid anası etdin, qürurluyam. Harandan vurulmusan, oradan öpəcəyəm." Şəhid anası. Bunu deyən millət diz çökməz!!!!
"Antiterror əməliyyatlarında ölkə üzrə verdiyimiz şəhid sayı 300-dən keçib. Terrorçular isə bundan 10 qat artıq itki veriblər".

ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Yozqat şəhərində açılışa qatılan prezident əhaliyə müraciət edib: "Allah yolunda ölənlərə, öldürülənlərə ölülər deməyin. Yozqat 10 şəhid verib. Onlardan 7-i hərbçi, 3-ü isə polisdir. Şəhidimizin qanını yerdə qoymadıq, qoymayacağıq. Övladını millət, vətən, bayraq təhlükə altında olanda savaşa göndərən bütün anaların əllərindən öpürəm".

Prezident terrorla mübarizənin son ana qədər davam edəcəyini deyib.

Ərdoğan daha sonra Şırnakda ötən gün şəhid olan 23 yaşlı Osman Belkayanın cənazə mərasiminə qatılıb. Şəhidin ailəsi və yaxınlarına başsağlığı verən Ərdoğan cənazə namazında da ən ön sırada olub. Dövlət başçısından əlavə namazda ədliyyə naziri, hakim partiyanın rəsmiləri də iştirak ediblər.

Şəhidin cənazəsi morqdan birbaşa vida üçün nəzərdə tutulan yerə gətirilib. Yüzlərlə insanın qatıldığı mərasimdə şəhid yaxınlarının sözləri ürəkləri parçalayıb.

"Məni şəhid anası etdin, qürurluyam. Harandan vurulmusan, oradan öpəcəyəm. Balam üşüyər, məni də onun yanına qoyun", - deyə şəhid anası göz yaşı töküb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.