Putinin sözçüsü Ərdoğanın mətbuat katibinə “sataşdı”

26-03-2016, 22:48           
Putinin sözçüsü Ərdoğanın mətbuat katibinə “sataşdı”
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov türkiyəli həmkarına qarşı sərt danışıb.

“Qafqazinfo” xəbər verir ki, Rusiyanın “ТВЦ” telekanalına müsahibəsi zamanı Peskov Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğanın mətbuat xidmətinin rəhbəri haqda bunları deyib: “Əgər mən onun tutduğu postu tutsaydım və belə bir hadisə baş versəydi, düşünmədən istefaya gedərdim”.

Telekanalın şərhinə görə, Putinin sözçüsü həmkarını son aylar davam edən təyyarə qalmaqalı və digər diplomatik məsələləri düzgün işıqlandırmamaqda qınayır.

Peskov eyni zamanda qeyd edib ki, Türkiyə hazırkı vəziyyətdə atmalı olduğu addımları atmayana qədər Rusiya bu ölkəylə heç bir münasibət qurmayacaq.

Qeyd edək ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalındır.

Xatırladaq ki, Rusiya və Türkiyə arasındakı gərginlik 2015-ci ilin 24 noyabrında Türkiyənin Rusiyaya məxsus Su-24 qırıcısını vurmağından sonra yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru