Ərdoğan PKK-nın əsl niyyətindən danışdı

27-03-2016, 00:39           

“Suriyadakı baş verən hadisələr birdən birə yön dəyişdirdi. İŞİD bəhanəsi ilə oyunlar qurulur. Həmin oyunların arxasında duran niyyətləri görməmək üçün kor olmaq lazımdır”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Türk Sahibkarlarının qurultayında deyib.
Ərdoğan bildirib ki, nə zaman “yeni Türkiyə”, “böyük Türkiyə” deyirik, o zaman başımıza izah edilməsi çətin olan hadisələr gəlir. “Türkiyənin cənub sərhədlərində baş verənlərin, terror təşkilatının törətdiyi hadisələrin bir izahı varmı? Biz yol çəkirik, kimsə gəlib dağıdır. Orda bizim kürd qardaşlarımız yaşayır. Belə vicdansızlıq olarmı?”,- deyə Ərdoğan bildirib.
Türkiyə lideri 2023–cü illə bağlı hədəflərini də açıqlayıb. O bildirib ki, Türkiyənin hədəflərinə heç kim mane ola bilməyəcək. “Nə terror, nə bölgədə baş verənlər, nə də ölkəmizin qarşısını kəsmək istəyən güclər, bizi 2023-cü il hədəflərindən döndərə bilməz. Bunu hamının belə bilməsini istəyirəm”,- deyə prezident qeyd edib.

Ümumilikdə, son vaxtlar Türkiyədə vəziyyət daha da gərginləşib. Son bir ay ərzində ölkədə 3 güclü partlayış baş verib. Hadisələrin paytaxda və böyük şəhərlərdə qeydə alınması diqqət çəkməyə bilməz.

Martın 15-də paytaxt Ankarada güclü terror aktı törədilib. Bomba yüklü maşının dayanacaqda partladılması nəticəsində 37 nəfər ölmüş, onlarla insan yaralanmışdı. Daha sonra İstanbulun ən turistik ərazilərindən biri olan İstiqlal caddəsində - Taksim meydanı yaxınlığında 5 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələn partlayış baş verib. Həmçinin ölkənin cənub – şərqində ordu ilə PKK terror qruplaşması arasında toqquşmalar davam edir. (anspress)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.