ABŞ regionda NATO-nu gücləndirmək üçün Türkiyəyə 40 F-16 qırıcısı verməyə hazırlaşır DAHA 80 BELƏ QIRICI MODERNİZASİYA EDİLƏCƏK...

21-01-2022, 11:25           
ABŞ regionda NATO-nu gücləndirmək üçün Türkiyəyə 40 F-16 qırıcısı verməyə hazırlaşır
ABŞ NATO-nu Egey və Qara dəniz regionunda gücləndirmək üçün Türkiyənin 40 ədəd modernizə edilmiş F-16 qırıcısı almaq barədə sorğusuna müsbət cavab verməyə hazırlaşır.Teref.az xəbər verir ki, virtualaz.org xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentindəki mənbələr bildiriblər. Türkiyə ABŞ-dan 40 yeni F-16 (Block 70 versiyası) və hazırda Türkiyə HHQ-nin silahlanmasında yer alan 80 F-16 qırıcısının Block 70 versiyasına uyğun modernizasiyası üçün komplektlər almaq üçün ötən il Dövlət Departamentinə sorğu verib.

ABŞ Konqresindəki bəzi dairələr Türkiyənin bu sorğusuna müsbət cavab verilməsini əngəlləməyə çalışıblar. Lakin indi mənbələr bildirir ki, ABŞ Qara dəniz regionunda artan təhdidləri nəzərə alaraq NATO üzvü Türkiyənin hərbi gücünün artırılmasını məqsədəuyğun sayır və həmin sorğuya müsbət cavab verməyə hazırlaşır.

Xatırladaq ki, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına cavab olaraq bu ölkəyə beşinci nəsil F-35 qırıcıları satmaqdan imtina edib. Habelə Türkiyə F-35 proqramından kənarlaşdırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.