Türklər Türkiyənin Vaşinqtondakı səfirliyinin binası qarşısında keşik çəkməyə başlayıblar

19-04-2016, 20:51           
Türklər Türkiyənin Vaşinqtondakı səfirliyinin binası qarşısında keşik çəkməyə başlayıblar
ABŞ-da yaşayan türklər Türkiyənin Vaşinqtondakı səfirliyinin binası qarşısında keşik çəkməyə başlayıblar.

Virtualaz.org xəbər verir ki. bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-da yaşayan ermənilərin hər il olduğu kimi bu ildə aprelin 24-də qondarma "erməni soyqrımı"nın növbəti il dönümü ilə əlaqədar Türkiyə səfirlyinin binası qarşısında etraz aksiyası keçirəcəyi gözlənilir.

İnformasiyaya əsasən, ermənilərin Türkiyə diplomatik missiyasının binasına zərər verməsinin qarşısı almaq üçün ABŞ-dakı türklər səfirliyin qarşısında gecə-gündüz növbə çəkirlər.

ABŞ-da yaşayan türklər də aprelin 24-də Ağ evin qarşısına toplaşaraq, ermənilərin əsassız iddialarına qarşı Türkiyənin Vaşinqtondakı səfirliyinin binasının qarşısınadək yürüş keçirəcəklər. Yürüşə ABŞ-ın bir çox yerlərindən minlərcə türkün qatılacağı gözlənilir.

Qeyd edək ki, bu tədbirdə ABŞ-da yaşayan Azərbaycan türkləri də iştirak edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru