“Türk qırıcılarına imkan verə bilmərik” - Afina

8-04-2015, 11:12           
“Türk qırıcılarına imkan verə bilmərik” - Afina
“Türk qırıcılarının Egey dənizi üzərində sərbəst uçmalarına icazə verə bilməzdik”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Yunanıstanın Müdafiə naziri Panos Kammenos çıxış edib. O, təyyarələrin modernizasiya olunması ilə bağlı imzalanmış 500 milyon avroluq müqaviləyə Türkiyəyə görə imza atdıqlarını bildirib:

“Baş Qərargah rəisliyi bizdən bunu tələb etdi. Biz də imzalamalı olduq. Türk qırıcılarının Egey dənizi üzərində sərbəst uçmalarına icazə verə bilməzdik”.

Qeyd edək ki, Yunanıstan Baş naziri Aleksis Çipras gizli şəkildə P-3 Orion tipli təyyarələrin modernizasiya olunması ilə bağlı müqavilənin imzalanmasına razılıq verib. Razılaşma sonradan ortaya çıxıb. Borc içində batan ölkənin belə bir razılaşma imzalaması ölkədə etirazla qarşılanıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.