Türk-rus münasibətləri isinir:Moskva qapılarını yenə türk meyvələrinə açmaq istəyir

21-04-2016, 09:24           

Rusiya-Türkiyə arasındakı soyuq münasibətlər tədricən isinişməyə başlayıb. Bu istiqamətdə atılacaq ilk addım isə Türkiyədən kənd təsərrüfatı mallarının yenidən idxalatıyla başlaya bilər.

Strateq.az xəbər verir ki, Rusiya Federal baytarlıq və kənd təsərrüfatı mallarına nəzarət xidmətinin sədr müavini Aleksey Aleksenkonun sözlərindən belə çıxır.

Aleksenko “Ria Novosti” agentliyinə açıqlamasında bildirib ki, önümüzdəki həftə Rusiyaya meyvə-tərəvəz ixrac etmək üçün lazımi görüşlər keçirmək məqsədilə Türkiyə nümayəndə heyəti Moskvaya gələcək. Türkləri isə ruslar dəvət edib:

"Türkləri bura dəvət etdik, onlar bu ziyarəti qəbul etdilər. Görüşlər önümüzdəki həftə Moskvada keçiriləcək. Görüş zamanı meyvə-tərəvəzin göndərilməsinin təhlükəsizliyini təminat altına alınması müzakirə olunacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.