Türkiyə Yunanıstana Egey adaları ilə bağlı xəbərdarlıq edib - " Adalar onlara şərti olaraq verilib"

26-05-2022, 17:55           
Türkiyə Yunanıstana Egey adaları ilə bağlı xəbərdarlıq edib - " Adalar onlara şərti olaraq verilib"
Yunanıstanın 1923-cü il Lozanna və 1947-ci il Paris sülh müqavilələri ilə şərti olaraq ona verilmiş adaların statusunu pozması beynəlxalq hüquqa ziddir.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstin və İsrail səfərlərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Yunanıstan 1960-cı ildən bəri Egey adalarını silahlandırır və bu addımlar dayandırılmadığı halda, Türkiyə adaların suverenliyinə dair iddia irəli sürəcək.

“Biz çox ciddiyik. Adalar onlara şərti olaraq verilib. Yunanıstan buna əməl etməzsə, bu məsələni daha da irəli aparacağıq. “Türkiyə ekspansionist siyasət aparır, gözü bizim torpaqlardadır” kimi boş sözlərlə məsələdən yayınmaq olmaz. Bu, razılaşmanın açıq şəkildə pozulmasıdır. Yunanıstanın atdığı addımlar Türkiyə üçün təhlükə yaratmaq məqsədi daşıyır. “Nə qədər silahlandırsalar da, heç bir əhəmiyyəti yoxdur” deyə bilmərik”, - nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru