Türkiyədə turist avtobusu qəzaya uğrayıb - Onlarla xəsarət alan var

27-05-2022, 08:04           
Türkiyədə turist avtobusu qəzaya uğrayıb -
Türkiyənin Antalya şəhərində rumıniyalı turistləri daşıyan mikroavtobus aşıb. "Report" "Haber Global"a istinadən xəbər verir ki, hadisə Antalyanın Korkuteli rayonunda Esentepe qovşağında qeydə alınıb.

Qəza nəticəsində biri ağır olmaqla 22 nəfər xəsarət alıb.

Dənizlidən Antalyaya gedən mikroavtobusun yolun yağışlı və sürüşkən olması səbəbindən idarəetmədən çıxdığı deyilir.

Qəzadan sonra qısa müddətə bağlı qalan Fethiye-Korkuteli yolu ikinci dərəcəli yoldan nəqliyyata açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru