Türkmənistanda Rusiya dövlət telekanallarının yayımı dayandırılıb

27-05-2022, 15:51           
Türkmənistanda Rusiya dövlət telekanallarının yayımı dayandırılıb
Türkmənistanda Rusiya dövlət telekanallarının yayımı dayandırılıb
Türkmənistan Rusiyanın “Rossiya 1” və Rusiya Müdafiə Nazirliyinə bağlı “Zvezda” telekanallarının yayımını dayandırıb.

DİA.AZ “Report”a istinadən xəbər verir ki, onlar ölkənin ən böyük lisenziyalı rabitə operatoru “Aşqabad Şəhər Telefon Şəbəkəsi” QSC tərəfindən yayımlanıb.

Rusiyanın digər telekanalları, o cümlədən “Pervı”, RenTV, NTV, STS, TNT, “Çe”, “Matç” və başqaları yayımlanmaqda davam edir.

Türkmənistanda xarici telekanallara baxmaq yalnız yerli operator tərəfindən təqdim olunan kabel və İP televiziyada mümkündür.

Qeyd edək ki, daha öncə Qırğız Respublikasında yerli operator Rusiya telekanallarının yayımını dayandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru