Ərdoğan Putin və Zelenski ilə danışacaq

30-05-2022, 09:58           
Ərdoğan Putin və Zelenski ilə danışacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə danışıqlar aparmağı planlaşdırır.


Bu barədə dövlət başçısı Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Bizim ürəyimizdən keçən odur ki, Rusya-Ukrayna arasındakı bu savaş bir an əvvəl sülhlə bitsin. Amma görünən odur ki, bu iş hər keçən gün daha mənfi istiqamətdə davam edir. Bazar ertəsi həm Rusiya, həm də Ukrayna ilə telefon danışığım olacaq. Biz tərəfləri dialoq və diplomatik kanallar vasitəsilə təşviq etməyə davam edəcəyik”, - deyə Ərdoğan qeyd edib.

Artıq rəsmi Kreml də Rusiya və Türkiyə liderləri arasındakı telefon danışıqlarını təsdiqləyib.

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru