Satışa çıxarılan villanın üzərindəki sözlər diqqət çəkdi: Müştərilər dərhal fikrini dəyişdi - VİDEO

30-05-2022, 10:45           
Satışa çıxarılan villanın üzərindəki sözlər diqqət çəkdi:
Türkiyənin Tokat şəhərində satışa çıxarılan villanın üzərinə yazılan sözlər diqqət çəkib.

Teref.az-ın yazdığına görə, Metbuat.az xəbər verir ki, Ali Yılmaz adlı şəxs villanı oğlunun adına sənədləşdirib. Bundan sonra isə oğul evi satmaq qərarına gəlib. Lakin atası buna qarşı çıxdığına görə tərəflər arasında mübahisə baş verib. Ata evin satılmaması üçün evin üzərinə “Bu villa satıla bilməz. Ata oğula verib. Vəfasız övladdır qəti şəkildə bu villayı sata bilməz” deyə yazıb. Evə baxmağa gələn müştərilər yazını oxuyandan sonra təəccüblənib. Onlar evi almaqdan imtina edib. Oğul atasının evdən çıxarılması üçün məhkəməyə müraciət edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru