“Qohumlarım qanunu pozubsa, məsuliyyət daşımalıdır” - Nazarbayev

30-05-2022, 10:48           
“Qohumlarım qanunu pozubsa, məsuliyyət daşımalıdır” - Nazarbayev
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev hesab edir ki, qohumlarının günahı məhkəmə tərəfindən sübuta yetirilərsə, onlar qanunsuz hərəkətlərə görə məsuliyyət daşımalıdır.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə qazaxıstanlı politoloq Daniyar Aşimbayevə müsahibəsində bildirib.
“Uzun illərdir ki, biz Qazaxıstanda hüquqi dövlət qururuq, onun əsas prinsipi qanunun hamı üçün eyni olmasıdır. Əgər qohumlarımdan hər hansı biri mənim adımdan qanunu pozmaq üçün pərdə kimi istifadə edibsə, o zaman cavab verməlidir. Günahı məhkəmədə sübuta yetirilməlidir. Unutmaq olmaz ki, hər bir vətəndaşın hüquqi müdafiə hüququ vardır”, - Nazarbayev deyib.
Nazarbayev Raxat Əliyevin hekayəsini xatırladıb:
“O, qızımın əri, mənim üçün praktik olaraq oğul idi, nəvələrimin atası idi. Amma bütün bunlar dövlətin qanunsuz əməllərinə göz yummasına səbəb olmadı. O, Qazaxıstan ədaləti tərəfindən məhkum edilib. Amma o, ömrünün sonuna qədər gizlənməyə nail olub”.
Qeyd edək ki, Nursultan Nazarbayev 1990-2019-cu illərdə Qazaxıstanın Prezidenti olub. 19 mart 2019-cu ildə vəzifəsindən istefa verib. Onun yerinə Qazaxıstanın hazırki Prezidenti Kasım-Jomart Tokayev seçilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.