Qazaxıstan neft brendinin adını dəyişdi - RUS NEFTİ İLƏ QARIŞIQ DÜŞMƏMƏSİ ÜÇÜN

4-06-2022, 17:50           
Qazaxıstan neft brendinin adını dəyişdi - RUS NEFTİ İLƏ QARIŞIQ DÜŞMƏMƏSİ ÜÇÜN
Qazaxıstan hökuməti Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan ziyan çəkməmək üçün maraqlı addım atıb.

Hafta.az-ın yazdığına görə, qazax hökuməti Rusiya limanları vasitəsilə ixrac etdiyi neftin adını rus neftindən ayırmaq üçün "Qazaxıstan İxrac Qarışığı Xam Nefti"nə (KEBCO) dəyişdirib. Bu barədə “Reuters” agentliyi Qazaxıstan neft hasilatçısı “SNPS-Aktobemunaigaz” şirkətinə istinadən yazır.

Beləliklə, istehsalçı sanksiyalar risklərindən və maliyyələşdirmə ilə bağlı problemlərdən qaçmaq istəyir: “Son mühüm geosiyasi dəyişikliklərlə əlaqədar olaraq və dəyişikliklərin Rusiya limanları vasitəsilə ixracına mənfi təsir göstərməməsi üçün 2022-ci ilin iyun ayından etibarən qiymət üçün aşağıdakı ad istifadə olunur: KEBCO (Kazakhstan Export Blend)", - istehsalçı qeyd edib.

Agentlik bildirib ki, yeni qərar Rusiyanın dəniz limanlarından tranzit kimi yararlanan Qazaxıstan neft şirkətlərindəki dörd mənbənin hamısı öz məhsullarının adının dəyişdirilməsini bütün rəsmi sənədlərdə təsdiqləyib və əlavə edilib ki, yeni adl bağlı qərar gələn həftənin bazar ertəsi - iyunun 6-dan qüvvəyə minəcək.

Qeyd edək ki, Qazaxıstan neft ixracının 20 faizi və ya 2021-ci ildə təxminən 13,3 milyon tonu tranzit olaraq məhz Rusiya dəniz limanlarından istifadə edir. Treyderlərin fikrincə, Qazaxıstan nefti dəfələrlə Rusiya nefti ilə bilmədən və ya bilərəkdən səhv salınıb. Neftçilər ümid edirlər ki, əgər sənədlərdə neftin Rusiyadan gəlmədiyi aydın olarsa, daha yaxşı qiymətə və eləcə də asanlıqla satmaq mümkün olacaq.

Xatırladaq ki, martın sonundan etibarən Rusiya nefti ucuzlaşaraq bir bareli 30 dollara enib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.