Ərdoğan İsveç müdafiə nazirinin işdən qovulmasını istəyir

7-06-2022, 08:48           
Ərdoğan İsveç müdafiə nazirinin işdən qovulmasını istəyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Maqdalena Anderssonun Krallığın müdafiə naziri Peter Hultqvisti istefaya göndərməli olduğunu deyib.

Bu barədə İsveçin "Expressen" nəşri məlumat yayıb.

"Ərdoğanın tələbi ondan irəli gəlir ki, Hultqvist təxminən 10 il əvvəl Kürdüstan Fəhlə Partiyasını (PKK) və onun həbsdə olan lideri Abdullah Öcalanı tərifləyib", - yazıda qeyd olunub.

"Türkiyə Hultqvistin müdafiə naziri vəzifəsindən uzaqlaşdırılmasını istəyir” deyən mənbə "Expressen”ə bildirib ki, bu məsələ İsveçin NATO-ya daxil olması ilə bağlı iki ölkə nümayəndələri arasında aparılan danışıqlar zamanı qaldırılıb.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. Amma Ankara iki ölkənin təşkilata daxil olmasına veto qoyub.

Ərdoğan bildirir ki, Ankaranın terrora, ilk növbədə Kürdüstan Fəhlə Partiyasına (PKK) dəstəyini dayandırmaq tələbləri yerinə yetirilməyənə qədər İsveç və Finlandiya NATO-ya üzv olmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru