Türkmənistan ilk "Aurus"u əldə etdi

11-06-2022, 08:22           
Türkmənistan ilk "Aurus"u əldə etdi
Türkmənistan Respublikası ilk dəfə “Aurus” avtomobilini əldə edib.

Axar.az xəbər verir ki, Rusiyada rəsmi səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sözügedən avtomobildən istifadə edib.

"Türkmənistan ilk “Aurus Senat Limuzin” avtomobilini alıb. Türkmənistan prezidenti Rusiyaya səfəri çərçivəsində məhz onunla hərəkət edib. Bu tip avtomobillər dünyada ən yüksək ballistik mühafizə səviyyəsinə malikdir və ən təhlükəsiz nəqliyyat vasitəsi sayılır”, - deyə bildirilib.

Qeyd edək ki, hazırda Rusiya Prezidenti Vladimir Putin, eləcə də digər hökumət üzvləri “Aurus Senat”dan istifadə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru