İŞİD Türkiyəni vurdu: - İnsanlar təcili köçürüldü

28-04-2016, 17:53           
İŞİD Türkiyəni vurdu: - İnsanlar təcili köçürüldü
İŞİD terror qruplaşması Suriyanın Cerablus şəhərindən Türkiyənin Qaziantep vilayətinin Karkamış mahalını minaatanlardan atəşə tutub

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, mərmilər Türkyurdu məhəlləsində yerləşən sərhəd polis bölməsinin ətrafına düşüb.

Hücuma cavab olaraq sərhəddə yerləşdirilən birliklər minaatanların atıldığı bölgəni qaubitsalarla atəşə tutub. İŞİD-in hücumundan sonra Türkyurdu məhəlləsindəki əhali təxliyyə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru