NATO rəhbəri: “Türkiyənin terrorizmlə mübarizədə haqlı narahatlıqları var”

13-06-2022, 00:06           
NATO rəhbəri:
NATO 28-30 iyun Madrid zirvəsini Türkiyənin etirazları səbəbiylə gecikdirilən Finlandiya və İsveçin qəbulu üçün son tarix kimi görmür.

Bunu bazar günü təşkilatın baş katibi Yens Stoltenberq Finlandiya prezidenti Sauli Niinistö ilə Helsinkidə keçirdiyi mətbuat konfransında deyib.

“Türkiyə müəyyən narahatlıqlarını ifadə edib. Biz danışıqlar masasına oturmuşuq və bu narahatlıqları aradan qaldırmaq üçün Türkiyə, Finlandiya və İsveçlə əlaqə saxlayırıq. Türkiyə terrorla mübarizədə vacib əhəmiyyət kəsb edən çox mühüm müttəfiq ölkədir. Türkiyə digər ölkələrlə müqayisədə daha çox suriyalı qaçqınları qəbul edib və terrorizmlə mübarizədə haqlı narahatlıqları var”, – deyə baş katib bildirib.

O, qeyd edib ki, Türkiyə həmişə NATO-nun açıq qapı siyasətini dəstəkləyib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru