YUNANISTANDA MÜHARİBƏ TƏBİLLƏRİ ÇALINIR... – Türkiyənin “adaları silahsızlaşdırmaq” üçün savaşa başlayacağı tarix açıqlandı...

13-06-2022, 08:02           
YUNANISTANDA MÜHARİBƏ TƏBİLLƏRİ ÇALINIR...  –
“Yunanıstanı qeyri-hərbi statusa malik adaların hərbiləşdirilməsini dayandırmağa və beynəlxalq müqavilələrə uyğun hərəkət etməyə çağırırıq. Mən zarafat etmirəm, ciddiyəm”.

Qafqaz.media xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan “EFES-2022” təlimlərində deyib. Ankaranın bu narahatlığı Türkiyə ərazisi yaxınlığında yerləşən adalarda hərbi mövcudluğunu gücləndirən həm Yunanıstana, həm də ABŞ-a inamsızlıqdan qaynaqlanır.

Egeyin bir parçası olduğu Şərqi Aralıq dənizi getdikcə gərginlik zonasına çevrilir və dünyanın geosiyasi baxımdan “doymuş nöqtəsinə” çevrilir. Burada Türkiyə, Yunanıstan, Fransa, İtaliya və Misir donanmaları var. Qara dənizdən Aralıq dənizinə və əksinə ticarət yolları buradan keçir. Üstəlik də, Yaxın Şərq və Şimali Afrikadan Cənubi Avropaya və Balkanlara qaçaqmalçılıq axını - silahlar, muzdlular, qaçqınlar üçün də “əlverişli yol” hesab olunur. Həmçinin, Liviya və Suriya ətrafında xarici oyunçuların hərbi-siyasi maraqları da məhz burada kəsişir.

Vaşinqtonun maliyyə yardımı ilə yunanlar indi “demilitarizasiya olunmuş” adalarda 3 hərbi hava bazası, 8 dəniz bazası, 5 radar kompleksi, 70 ümumi təyinatlı hərbi baza və 86 hərbi post yerləşdiriblər. Lakin Birləşmiş Ştatlar burada öz iştirakını gözə soxmur - ona görə də, təcili olaraq yeni maraqlar balansı yaratmağa çalışır.

1923-cü ilin Lozanna müqaviləsinə, eləcə də 1947-ci il Paris müqaviləsinə uyğun olaraq Lemnos, Samothrace və Şərqi Egey adaları (Lesvos, Sakız, Samos, Nikariya) və Dodecanese (Stompalia (Astypalea / Stampalia), Rodos) , Halki, Scarpanto, Kasos, Piskopis, Nisyros) Kalymnos, Leros, Patmos, Lipsos, Symi, Kos və Meis adasına heç bir silahlı qüvvə yerləşdirməməlidir, asayiş keşikçiləri olan polislərdən başqa.

Reallıqda isə yunanlar bu “hərbisizləşdirilmiş” adalarda hazırda 3 hərbi hava bazası, 8 hərbi dəniz bazası, 5 radar kompleksi, 70 ümumi təyinatlı hərbi baza və 86 hərbi post yerləşdiriblər. Üstəlik, qeyd etdiyimiz kimi, onlar hər şeyi belə hallarda Ankaradan çox Afinaya kömək etməkdən məmnun olan Vaşinqtonun maliyyə yardımı ilə ediblər.

“Bəs, yunanları kimə qarşı belə silahlandırırsınız” sualını kifayət qədər əsaslı şəkildə verən Türkiyənin mövcud durumdan son dərəcə narahat olması tamamilə təbiidir. Və Ankara dəqiq cavab da almır. Artıq məsələ BMT müstəvisinə çıxarılıb, qardaş ölkə artıq iki məktub göndərərək vəziyyətin araşdırılmasını xahiş edib.

Son dakika haber | Yunanistan, Ege'de Türk gemilerine tacizde bulundu... Savaş çanları... - Güncel Haberler Milliyet

Müharibə təbilləri daha yüksək səslənsə də, yüksək rütbəli türk mənbələri bildiriblər ki, “Türkiyə təcavüzkar siyasət yürütməyəcək. Biz diplomatiya aparmaq istəyirik. Türkiyə adalara qoşun yeritmək niyyətində deyil, çünki bunun üçün bir təhlükə görmür”.

Üstəlik, türk mənbələri bu fikridədir ki, hazırkı vəziyyətdə Yunanıstanın silahlı adalar ərazisindən Türkiyəyə hücum etməsi dəlilik olardı: “Onların belə bir addım atacağını da gözləmirik. Onların Türkiyəyə hücum etmə ehtimalı az olduğundan, başqa sözlə, biz belə bir təhlükə hiss etmədiyimiz üçün hərbi addım atmağı planlaşdırmırıq”.

Yunanıstanda isə Türkiyənin "adaları silahsızlaşdırmaq" üçün mümkün hərbi əməliyyatının başlamasına səbəb olaraq beş tarixi qeyd edirlər.

Birincisi, iyulun 20-də Kiprdə sülhməramlı əməliyyatın 1-ci mərhələsinin ildönümü - Atilla Hərəkatı;

İkincisi, 24 iyul - Lozanna müqaviləsinin imzalanmasının ildönümü;

Üçüncüsü, 6 avqust - eksklüziv iqtisadi zona haqqında Yunan-Misir sazişinin imzalanmasının ildönümü;

Dördüncüsü, 14 avqust - Kipr əməliyyatının ikinci mərhələsinin ildönümüdür.

Beşincisi, 30 avqust - 1922-ci ildə Türkiyənin Yunanıstan üzərində qələbəsi günü.

Amma yunan jurnalistlər nə qədər narahat görünsələr də, nə qədər müharibə təbilləri çalsalar da, silahlı qarşıdurma ehtimalı son dərəcə aşağıdır. Nə Ankara, nə də Afina bu ehtimalı ciddi şəkildə nəzərdən keçirmir. Yeri gəlmişkən, bu, həm Avropada, həm də NATO-da yaxşı başa düşülür. Odur ki, onların maksimum reaksiyası hər şeyin yaxşı olacağı haqda tərəflərə çağırışlarıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.