“NATO-da Türkiyənin Finlandiya və İsveç üzrə belə sərt mövqeyini gözləmirdilər” - Stoltenberq

14-06-2022, 08:19           
“NATO-da Türkiyənin Finlandiya və İsveç üzrə belə sərt mövqeyini gözləmirdilər” - Stoltenberq
Şimali Atlantika Alyansı Finlandiya və İsveçin öz sıralarına sürətli prosedurunu hesablamışdı və Türkiyənin məsələ üzrə bu qədər sərt mövqeyini gözləmirdi.

Bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq iyunun 13-də Britaniyanın «Financial Times» qəzetində dərc olunmuş müsahibəsində bəyan edib.

«Əvvəllər prosesin gedişində (İsveç və Finlandiyanın NATO-a qəbulu) biz, heç bir əsas görməmişdik hesab edək ki, bu məsələdə hansısa problem ola bilər» - o, deyib və qeyd edib ki, «Türkiyənin narahatlığı» yeni deyil.

«Türkiyə əhəmiyyətli müttəfiqdir. Nə zaman ki, müttəfiq təhlükəsizlik sferasında nə isə narahatlıq keçirirsə, biz, buna diqqət yetirməliyik» - o, göstərib və ümid etdiyini bildirib ki, müxtəlif müddət ərzində fikir ayrılıqları aradan qaldırılacaq.
Ətraflı

«Mənim məqsədim bundan ibarətdir ki, Finlandiya və İsveç mümkün qədər tez NATO üzvü olsunlar. Bu, hələ də digər üzvlük (alyansa) proseslərilə müqayisədə tez baş verə bilər» - Baş katib əlavə edib.

Onun sözlərinə görə, tərəflər mütləq deyil ki, iyunun sonuna - Madrid sammitinə qədər kompromisə gəlsinlər.

«Terrorçuluqla mübarizə kontekstində Türkiyənin narahatlığı legitimdir, belə ki, NATO üzrə müttəfiqlərdən heç biri teraktlardan Türkiyə qədər zərər çəkməyib» - Stoltenberq deyib (TASS).

Xatırladırıq ki, mayın 18-də Finlandiya və İsveçin NATO-dakı səfirləri bu dövlətlərin alyansa daxil olması barədə sifarişi Stoltenberqə təqdim ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin gün bəyan edib ki, ölkəsi bu ölkələrin NATO-ya qəbulunu o vaxta qədər dəstəkləməyəcək ki, onlar terrorçu təşkilatlara münasibətdə, xüsusilə də Kürdüstan Fəhlə Partiyasna yönəlik öz mövqelərini müəyyən etməyəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.