Türkiyə Qara dənizdə sualtı kəmərin tikintisinə başladı

14-06-2022, 10:40           
Türkiyə Qara dənizdə sualtı kəmərin tikintisinə başladı
Türkiyə Qara dənizdə aşkarlanan “Sakarya” qaz yatağından hasil ediləcək qazı quruya daşıyacaq sualtı kəmərin borularının düzülməsinə başlayıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən təntənəli mərasimdə Türkiyə prezidenti Recep Tayyip Erdoğan da iştirak edib.

Mərasimdə çıxış edən prezident Türkiyənin öz enerji resurslarını əldə etməsi üçün mühüm addımların atıldığını deyib: “Biz Qara dənizdə son dərəcə vacib olan qaz hasilatında belə əhəmiyyətli mərhələyə gəlib çatdır. 2023-cü ilin birinci rübündə bizim qazpaylayıcı sistemimizə yataqdan gündə 10 milyon kubmetr qaz daxil olacaq. Biz ümid edirik ki, “Sakarya”da hasilatın piki 2026-cı ildə qeydə alınacaq”.

Türkiyə prezidenti yatağın kəşfi və işlənməsinin tamamilə daxili resurslar hesabına həyata keçirildiyini xüsusi vurğulayıb: “Biz energetikaya gərginlik və qarşıdurma səhnəsi kimi deyil, regional əməkdaşlığın açarı kimi baxırıq. Bizim Qara dənizin enerji ehtiyatlarının kəşfiyyatına başlayacaq qazma gəmisi “Əbdülhəmid Xan” adlanacaq”.

R.T.Erdoğanın verdiyi məlumata görə, “Dunay 1” perspektiv strukturunda yerləşən “Sakarya” yatağının potensial ehtiyatları 405 milyard kubmetr təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru