"Türkiyə ilə saziş üzərində işləyirik” - Stoltenberq

28-06-2022, 08:05           
"Türkiyə ilə saziş üzərində işləyirik” - Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın Madrid sammiti öncəsi maraqlı açıqlama ilə gündəmə gəlib. Alyansın rəhbəri Türkiyə ilə saziş üzərində çalışdıqlarını deyib:

“Biz İsveç, Finlandiya və Türkiyə arasında silah ixracı, terrorla mübarizə də daxil olmaqla Ankaranın təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün saziş üzərində işləyirik”, - Stoltenberq bildirib.
Ətraflı

İsveç baş naziri Maqdalena Andersson isə ölkəsinin bundan sonra terrorçular üçün etibarlı sığınacaq olmayacağını vəd edib.

“Ümid edirəm ki, NATO-ya üzvlüklə bağlı Türkiyə ilə danışıqlar qısa zamanda tamamlana bilər. İsveç terrora qarşı sərt mövqeyini davam etdirəcək, terrorçular üçün etibarlı sığınacaq olmayacaq”, - deyə o, vurğulayıb. (Mənbə: Haber Global)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru