İsveçin NATO-ya üzvlüyü məsələsində Türkiyə ilə anlaşması kürd əsilli millətvəkilini çıldırtdı...FOTO

29-06-2022, 12:18           
İsveçin NATO-ya üzvlüyü məsələsində Türkiyə ilə anlaşması kürd əsilli millətvəkilini çıldırtdı...FOTO
TEREF.AZ: İsveçin NATO-ya üzvlüyü məsələsində Türkiyə ilə anlaşması, İsveç parlamentinin partiyasız (müstəqil) üzvü, kürd əslli, PKK sevdalısı olduğu iddia edilən Əminə Kakabavahı özündən çıxarıb. “Aftonbladet” qəzetinə açıqlamasında müqavilə bağlanan günü “qara gün” adlandıran siyasətçi hakimiyyəti kürdləri qurban verməkdə ittiham edib.
Xatırladım ki, hazırkı hakimiyyət məhz onun səsi hesabına parlamentdə lazım olan 1 səs üstünlüyü ilə çoxluğu qazana bilib. Səsini geri çəkəcəyi halda ölkədə hakimiyyət böhranı yaşana bilərmi? Fikrimcə, Maqdalena Andersonun hakimiyyəti payızda keçiriləcək seçkilərə qədər Kakabavahın təhdidlərinə tab gətirə biləcək.
Onu da deyim ki, Kakabaveh tək deyil, bu anlaşma həm də Putin Rusiyası üçün qara gündür. Artıq NATO onun şimal sərhədlərini (lap Peterburqacan) və Baltik dənizini tam nəzarətə götürmüş olur.
Vahid Qazi
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru